• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Zəngəzurda 4 hərbçi belə ölüb: Sərçə yuvası... - FOTO

DÜNYA

15 Aprel 2024 | 19:14

Zəngəzurda 4 hərbçi belə ölüb: Sərçə yuvası... - FOTO

Aprelin 12-də Ermənistanın Mehri rayonunda dərəyə aşan avtomobildə yaralanan 20 əsgərdən biri 19 yaşlı Hovsep Ambardsumyanın anası Angela Şegikyan hadisə ilə bağlı detalları açıb.

Bakıvaxtı.az Globalinfo.az-a istinadla xəbər verir ki, o, qəzaya düşən "Ural" markalı maşını övladının sürdüyünü bildirib.

Şegikyan həmin hərbi maşının istifadəyə yararsız olduğunu deyib:

"Maşın 5 ildir xarab imiş, əyləci tutmurmuş. Hətta maşında sərçə yuvası tapıblar, yəni o qədər köhnə və yararsız maşın imiş. Həmin avtomobilə 16 nəfərdən artıq insan yerləşməz, halbuki maşında 30 nəfər olub. Oğlum dedi ki, maşının mühərriki çətinliklə işə düşüb. Qəza da maşındakı texniki nazaslıq səbəbindən baş verib".

Xatırladaq ki, aprelin 12-si saat 15:25 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularını daşıyan "Ural" markalı avtomobil naməlum şəraitdə yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində 4 erməni hərbçisi ölüb, 20-si yaralanıb.


SON XƏBƏRLƏR

29 Aprel 2024