Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdə cəhd edən şəxsin kimliyi məlum olub.
Bakıvaxtı.az bildirir ki, Slovakiya mediası həmin şəxsin məşhur slovakiyalı yazıçı Yuray Çintula olduğunu bildirir.
71 yaşlı yazıçının müxalif "Proqressiv Slovakiya" partiyasının tərəfdarlarından olduğu qeyd edilib.
***18:16
Slovakiya Baş naziri Robert Fitsonu güllələyən şəxsin Slovakiyanın Leviçe şəhərinin 71 yaşlı sakini olduğu üzə çıxıb.
Bakıvaxtı.az bildirir ki, bu barədə yerli media yazır. Hadisəni törədən şəxsin motivləri aydınlaşdırılır.
Slovakiyanın Daxili İşlər Nazirliyi respublikanın Baş naziri Fitsonun həyatına sui-qəsd cəhdinin edildiyini təsdiqləyib.
Yerli media Baş nazirin həyatına təhlükə olmadığını yazır. "Reuters" xəstəxana nümayəndəsinə istinadən xəbər verir ki, Slovakiyanın Baş naziri xəstəxanaya gələrkən huşunu itirib, ona tibbi yardım göstərilib, vəziyyəti stabilləşib.
***17:40
Slovakiya Baş naziri Robert Fitso sui-qəsd nəticəsində döş qəfəsi və qarın nahiyəsindən üç yara alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Baş nazirin vəziyyətinin ağır olduğu bildirilir.
***
17:18
Slovakiya hökumətinin səyyar iclasının keçirildiyi binanın qarşısında atışma olub.
Bakıvaxtı.az bu barədə Sxarici mediaya istinadla xəbər verir.
hadisə Handlovej şəhərində baş verib.
Məlumata görə. Baş nazir binanın qarşısından keçərkən atəş səsi eşidilib. Nəticədə o yaralanıb və dərhal xəstəxanaya çatdırılıb.
Hadisəni törədən şəxs saxlanılıb.