• Bakı 23° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Yunanıstandan F-16 tədarükü ilə bağlı AÇIQLAMA

DÜNYA

15 Aprel 2024 | 17:18

Yunanıstandan F-16 tədarükü ilə bağlı AÇIQLAMA

Yunanıstan Ukraynaya F-16 qırıcıları tədarük etməyə hazır deyil.  

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Yunanıstanın Baş nazir Kiriakos Mitsotakis “Rzeczpospolita” qəzetinə müsahibəsində bildirib. 

O, Afinanın 32 F-16 təyyarəsini Kiyevə təhvil verməsi haqda yayılan məlumatları təkzib edib:

“İlk növbədə aydınlaşdırmaq istərdim ki, biz F-16 təyyarələrini Ukraynaya təhvil verməyə hazır deyilik. Mediada reallığa uyğun olmayan bu cür məlumatlar yer alıb”.

Eyni zamanda o, Yunanıstanın Ukraynanı dəstəklədiyini və bundan sonra da yardım edəcəyini, lakin öz müdafiə qabiliyyətinin zərərinə addım atmayacağını vurğulayıb.

Baş nazir xatırladıb ki, Yunanıstan bundan əvvəl Ukraynaya əhəmiyyətli miqdarda 155 mm-lik artilleriya mərmisi göndərib.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026