• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Budapeştdən Parisə ÇAĞIRIŞ: Məsuliyyətsiz bəyanatlar...

DÜNYA

15 May 2024 | 14:26

Budapeştdən Parisə ÇAĞIRIŞ: Məsuliyyətsiz bəyanatlar...

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Fransa Prezidenti Emmanuel Makronun avropalı və amerikalı əsgərlərin Ukraynaya göndərilməsi ehtimalı barədə sözlərini tənqid edib.

Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, macarıstanlı nazir bu tənqidləri Fransanın LCI telekanalına müsahibəsində səsləndirib. Siyarto NATO-nun Ukraynaya qoşun göndərməsini Alyansın özünün müəyyən etdiyi qırmızı xəttin keçilməsi kimi xarakterizə edib.

O əlavə edib ki, həmin qərarın yerinə yetirilməsi qlobal münaqişəyə səbəb olacaq. Nazirin sözlərinə görə, Moskva ilə NATO arasında münaqişənin qarşısını almaq üçün bütün vasitələrdən istifadə olunmalıdır.

“Əgər NATO-nun üzvü olan ölkə Ukraynaya qoşun göndərsə, bu, Rusiya ilə birbaşa münaqişə anlamına gələcək və üçüncü dünya müharibəsi ilə nəticələnəcək”.

Siyarto bundan əvvəl Ukrayna üzrə danışıqların şərtlərini də açıqlayıb. O hesab edir ki, bütün münaqişə tərəfləri dialoqda iştirak etməlidir.

Xatırladaq ki, Makron bu yaxınlarda Fransanın Ukraynaya qoşun göndərəcəyini istisna etmədiyini bildirib. O, həmçinin növbəti dəfə silah tədarükünü davam etdirəcəyini təsdiq edib. Makron vurğulayıb ki, Fransanın maraqlarının qorunması baxımından bütün hərbi planları açıqlamaq istəmir.


SON XƏBƏRLƏR

26 Iyul 2024