• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İran Ərbildəki ABŞ hərbi bazasına zərbələr endirib

DÜNYA

16 Yanvar 2024 | 19:46 | Müəllif: Subhan Mahmudov

İran Ərbildəki ABŞ hərbi bazasına zərbələr endirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqın Ərbil şəhərində ABŞ konsulluğu yaxınlığında yerləşən ABŞ hərbi bazası və hava limanına zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerikanın ABC News telekanalı məlumat yayıb.

Ərbildə təxminən yeddi-səkkiz güclü partlayış olub. Ballistik raketlərlə və pilotsuz uçuş aparatları ilə ABŞ-ın Hərirdəki hərbi bazasına və ona bitişik beynəlxalq hava limanına zərbələr endirilib.

Hazırda Ərbildə hava hərəkəti dayandırılıb. Üç pilotsuz təyyarə vurulub. Amerika tərəfi hərbçilər arasında itkilərin olmadığını bildirib.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, “kəşfiyyat qərargahları”na və “anti-İran” qüvvələrinə qarşı ballistik raket zərbələri endirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026