• Bakı 22° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Ya Ukraynanı məhv edəcəyik, ya da..." - Medvedyev

DÜNYA

20 Avqust 2023 | 08:03 | Müəllif: Subhan Mahmudov

"Ya Ukraynanı məhv edəcəyik, ya da..." - Medvedyev

İndiki Kiyev rejimi tamamilə devrilməyənə qədər Rusiya dayanmamalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Teleqram kanalında yazıb.

“İstənilən əks-hücum məhv ediləcək. Ölülər dəfn olunacaq, yaralar sarılacaq. Ancaq indiki, mahiyyət etibarı ilə terrorçu olan Ukrayna dövləti tamamilə darmadağın olunmayana qədər dayanmamalıyıq. Külünə qədər məhv edilməlidir. Daha doğrusu, ondan kül də qalmamalıdır”, - Medvedev qeyd edib.

Medvedyev bildirib ki, bu, illər, hətta yüzillər tələb edə bilər, ancaq Rusiyanın başqa seçimi yoxdur:

“Ya Rusiya Federasiyası düşmən siyasi rejimi məhv edəcək, ya da kollektiv Qərb Rusiyanı parça-parça edəcək və onunla birlikdə məhv olacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026