• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

ABŞ F-16-nın Ukraynaya tədarükü üçün mümkün vaxtı açıqladı

DÜNYA

21 Iyul 2023 | 00:39 | Müəllif: Subhan Mahmudov

ABŞ F-16-nın Ukraynaya tədarükü üçün mümkün vaxtı açıqladı

ABŞ F-16-nın Ukraynaya tədarükü üçün mümkün vaxtı açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, qırıcıların transferi ilin sonuna qədər başlaya bilər, lakin onların münaqişənin gedişatını dəyişməsi ehtimalı yoxdur.

Bunu Fox News telekanalına müsahibəsində ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Daha əvvəl Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bildirmişdi ki, Ukrayna ilin sonuna qədər ilk F-16-ları almağa ümid edir. NATO-nun baş katibi Yens Stoltenberq F-16-nın Ukraynaya çatdırılma vaxtını açıqlamayıb, onun sözlərinə görə, bu, pilotların hazırlanmasından və müttəfiqlərin vəziyyəti qiymətləndirməsindən asılı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026