• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Belarusdakı “Vaqner”çilərin sayı 1400 nəfər azaldı - SƏBƏB

DÜNYA

19 Avqust 2023 | 23:32

Belarusdakı “Vaqner”çilərin sayı 1400 nəfər azaldı - SƏBƏB

Belarusdakı “Vaqner” xüsusi hərbi təşkilatının üzvlərinin sayı xeyli azalıb. Onların bir hissəsi ölkəni tərk ediblər.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Belarusdakı “Vaqner”çilərin sayı 5,8 min nəfərdən 4,4 min nəfərə qədər azalıb.

Buna səbəb kimi maliyyə çatışmazlığı göstərilir.

Qeyd olunub ki, muzdluların bir hissəsi Afrika ölkələrinə yola düşüb. “Vaqner”in əksər üzvü onlara verilən ödənişdən razı deyil. Ona görə də onlar Belarusda uzun müddət qalmağı düşünmürlər.

Qeyd edək ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib.

Xatırladaq ki, bundan əvvəl Belarus Müdafiə Nazirliyi Polşa və Litva sərhədində hərbi təlimlərin başlanması barədə məlumat yaymışdı. Polşa və Litva rəsmiləri “Vaqner”in sərhəddə təxribat törədə biləcəyi barədə xəbərdarlıq ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR