• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Rusiya Barens Avro-Arktik Şurasından çıxdı

DÜNYA

18 Sentyabr 2023 | 19:43

Rusiya Barens Avro-Arktik Şurasından çıxdı

Rusiya Barens Avro-Arktik Şurasından çıxdığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bu barədə təşkilata üzv olan digər ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərlərinə müraciətində bildirib.

Sənəd həmçinin Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsinə və Norveçdəki Beynəlxalq Barens Katibliyinə göndərilib. Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda 2022-ci ilin martından şuranın fəaliyyətinin faktiki olaraq iflic vəziyyətinə düşdüyü bildirilir.

"Barens əməkdaşlıq arxitekturasının dağılmasına görə məsuliyyət tamamilə "tərəfdaşlarımızın" üzərinə düşür", - deyə Xarici İşlər Nazirliyi vurğulayıb.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025