• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Xəstəxanaya edilən hücum fəlakətdir” - Putin

DÜNYA

18 Oktyabr 2023 | 17:52

“Xəstəxanaya edilən hücum fəlakətdir” - Putin

Qəzzada yüzlərlə insanın həyatını itirdiyi xəstəxanaya hücum fəlakətdir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çinin paytaxtı Pekində “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumuna qatılan Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında deyib.

Putin Qəzzadakı xəstəxanaya hücum nəticəsində yüzlərlə ölü və yaralı olduğunu xatırladıb: “Ümid edirəm ki, bu, münaqişənin mümkün qədər tez başa çatdırılmalı olduğuna işarədir. İstənilən şəraitdə biz məsələni təmasların və danışıqların başlaya biləcəyi nöqtəyə gətirməliyik”.

“İsraillə Fələstin arasında indiki böhranın Fələstin dövlətinin qurulmasına yol açıb-açmayacağını bilmirəm” deyən Rusiya prezidenti bununla belə, bu addımın atılmasının düzgün olacağını düşünür.

“Biz hər zaman bu gərginliyin artmasına baxmayaraq, suveren Fələstin dövlətinin yaradılmasının tərəfdarı olmuşuq”, - deyə Vladimir Putin vurğulayıb.

O qeyd edib ki, bu günlərdə gərginliklə bağlı 5 ölkənin lideri ilə telefon danışığı olub: “Mənim təəssüratım odur ki, heç kim münaqişənin davam etməsini, böyüməsini və vəziyyətin gərginləşməsini istəmir. Məncə, əsas aktorlar münaqişənin davam etməsini istəmirlər. Hadisə inkişaf edib geniş miqyaslı müharibəyə çevrilir və bundan qorxurlar”.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026