Cənubi Koreya 1950-1953-cü illər arasında baş verən Koreya müharibəsində həyatını itirən 25 Çin əsgərinin qalıqlarını qaytaracaq.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, qalıqların qaytarılması üçün gələn həftə İnçon Beynəlxalq Hava Limanında mərasim keçiriləcək.
Açıqlamada qeyd olunur ki, Müdafiə Nazirliyi Çin ilə dostluq əməkdaşlığı çərçivəsində Cənubi Koreyada cəsədləri çıxarılan Çin əsgərlərinin qalıqlarını geri qaytarmağa davam edəcək.
Müvafiq olaraq, 25 Çin əsgərinin qalıqlarının öz ölkələrinə göndəriləcəyi gələn həftə 10-cu ekstradisiya prosesi baş tutacaq.
Xatırladaq ki, Cənubi Koreya 2014-cü ildə imzalanan repatriasiya layihəsi çərçivəsində indiyədək 913 Çin əsgərinin qalıqlarını geri qaytarıb.
Ay Tac















