• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qərb Rusiyanı parçalamaq niyyətindədir”

DÜNYA

17 Dekabr 2023 | 14:21 | Müəllif: Subhan Mahmudov

“Qərb Rusiyanı parçalamaq niyyətindədir”

Qərb dövlətləri belə böyük Rusiyanın lazım olmadığına inanaraq onu parçalamaq, özünə tabe etmək istəyirlər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Rusiya-1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramına müsahibəsi zamanı deyib.

"Reallıq budur və sonralar mən buna tam 100% əmin oldum ki, Sovet İttifaqı dağılandan sonra Qərb siyasətçiləri hesab edirdilər ki, biz bir az səbirli olmalıyıq, indi Rusiyanı tamamilə çökdürəcəyik", - deyə Putin bildirib.

Onun sözlərinə görə, Avropa standartları üçün bu qədər böyük ölkə - dünyanın ən böyük ərazisi və digər Avropa ölkələri ilə müqayisədə kifayət qədər çox əhalisi olan dövlət ümumiyyətlə lazım deyil.

"ABŞ-ın tanınmış siyasi xadimi (ABŞ prezidentinin keçmiş müşaviri Zbiqnev) Bjezinskinin təklif etdiyi kimi, onu beş yerə bölmək və bu hissələri ayrıca tabe etmək və resurslardan istifadə etmək daha yaxşıdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026