• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fələstin deyiləndə HƏMAS yada düşür: Mahmud Abbas yaxşı olar ki…

DÜNYA

18 Oktyabr 2023 | 16:06 | Müəllif: Qalib İbrahimoğlu

Fələstin deyiləndə HƏMAS yada düşür: Mahmud Abbas yaxşı olar ki…

Fələstin dövlətinin prezidenti Mahmud Abbas bildirib ki, HƏMAS fələstinlilərin təmsilçisi deyil. Onun sözlərinə görə, HƏMAS-ın hərəkətləri və siyasəti Fələstin xalqının maraqlarını əks etdirmir.

Mahmud Abbas Fələstin Azadlıq Təşkilatını öz xalqının yeganə qanuni təmsilçisi olduğunu diqqətə çatdırıb. O, hər iki tərəfdən dinc sakinlərin öldürülməsini qəbuledilməz hesab edib və mülki şəxslərin azad edilməsinə çağırış edib.

Qeyd edək ki, Mahmud Abbas HƏMAS-ın rəqibi olan FƏTH partiyasının lideridir.

Politoloq Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, HƏMAS Qəzza bölgəsində istər bələdiyyə, istərsə də parlament seçkilərində böyük çoxluğu alan bir təşkilatdır.

Ekspert diqqətə çatdırıb ki, Qəzza bölgəsində yaşayan Fələstin ərəbləri HƏMAS-ı qəbul edirlər: "Mahmud Abbas HƏMAS-ı qəbul etsə də, etməsə də fakt budur. Düşünmürəm ki, fələstinlərin Mahmud Abbasa isti münasibəti olsun. Görünür, Mahmud Abbas kölgədə qaldığı üçün HƏMAS-ın Fələstin xalqını təmsil etmədiyini vurğulayır”.

Onun sözlərinə görə, son illərdə istər siyasi, istərsə də hərbi baxımdan Fələstin deyiləndə HƏMAS yada düşür: “Mahmud Abbas yaxşı olar ki, fələstinlilər arasında etimadının, dəstəyinin itirməsinin səbəblərini araşdırsın. Yaxşı olar ki, Mahmud Abbas bu tipli açıqlamalar verməkdənsə, ümumi Fələstin müqavimətinə qoşulsun, dəstək versin. Bəzi xarici ölkələrin rəhbərləri kimi "neytral" açıqlama verməklə heç nəyi dəyişdirə bilməyəcək. İndiki məqamda HƏMAS-ı, yaxud İsrailin ÇAXAL-ını ittiham etmək mənasızdır. Yəqin ki, əksər fələstinli də Mahmud Abbasın bu çıxışına çox sərt reaksiya verib. Bəlkə də elə bu cür açıqlamalarına, mövqeyinə görə, ərəblərin dəstəyini tamamilə itirib".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026