• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Daha bir ölkədə Qəzza ilə bağlı matəm elan edildi

DÜNYA

18 Oktyabr 2023 | 17:43

Daha bir ölkədə Qəzza ilə bağlı matəm elan edildi

Qəzzada Əl-Əhli xəstəxanasında baş verən partlayışla əlaqədar olaraq Misirdə matəm elan edilib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi qərar verib. 

Bildirilir ki, xəstəxanada ilə bağlı insident, eləcə də Qəzza zolağının atəşə tutulması nəticəsində dünyasını dəyişənlərin xatirəsini yad etmək üçün Misirdə 3 günlük matəm elan olunub. 

Xatırladaq ki, oktyabrın 17-si axşam saatlarında Qəzzada yerləşən xəstəxanaya raket zərbəsi endirilib. İlkin məlumatda 500 nəfərin öldüyü bildirilsə də, Fələstinin Səhiyyə Nazirliyi 471 nəfərin həlak olduğunu yazıb. İsrail ordusu hadisə ilə bağlı apardığı araşdırmanın nəticəsini açıqlayıb və insidentin “İslami cihad” qruplaşması tərəfindən uğursuz raket buraxılışı nəticəsində baş verdiyini deyib. İnsidentlə bağlı Fələstində 3 günlük matəm elan edilib. Bununla yanaşı, Suriya, İran, İraq və Livanda da matəm elan edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026