• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0177

"Həyat yoldaşın haradadır?" - Ərdoğandan Maska maraqlı sual - VİDEO

DÜNYA

18 Sentyabr 2023 | 18:50

Həyat yoldaşın haradadır? - Ərdoğandan Maska maraqlı sual - VİDEO

"Tesla" və "SpaceX" şirkətlərinin qurucusu, həmçinin "X" (Twitter) şirkətinin sahibi İlon Mask oğlu X Æ A-12 ilə birlikdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə gəlib .

Bakıvaxtı.az xəbər verir ki, görüşün videogörüntüsü yayılıb. 

Görüş BMT-nin Nyu Yorkdakı mənzil  -qərargahının yanındakı Türk Evində baş tutub . Türkiyə prezidenti qeyri-rəsmi söhbət zamanı amerikalı multimilyarderdən həyat yoldaşının harada olduğunu soruşub. Buna Musk cavab verib ki, onlar ayrılıblar və oğlunu böyütməyi öz üzərinə götürüb.

"O,  San Fransiskodadır . Biz ayrıldıq, ona görə də oğluma qulluq edirəm”, - Mask deyib.

Milyarder məclis boyu uşağı qucağında saxlayıb.

Lil X-in anası müğənni Grimesdir. Formal olaraq, Grimes və Musk həyat yoldaşları deyildilər. Aralarında olan münasibət 2018-ci ildən 2021-ci ilə qədər davam edib. Lil X 2020-ci ildə anadan olub və cütlüyün ilk övladıdır. 2021-ci ilin dekabr ayında Musk və Grimesin Exa Dark Sideel adlı bir qızı olub.

 

 


SON XƏBƏRLƏR

24 Sentyabr 2023