• Bakı 25° C

    5.47 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

İki ölkə arasında məhbus mübadiləsi baş tutdu

DÜNYA

18 Sentyabr 2023 | 19:06

İki ölkə arasında məhbus mübadiləsi baş tutdu

İran və ABŞ arasında məhbusların mübadiləsi baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə " Agence France-Presse" (AFP) xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ və İran arasında baş tutan mübadilə çərçivəsində azad edilmiş 5 amerikalı məhbusu daşıyan Qətərə məxsus təyyarə Tehran hava limanından havaya qalxıb və Dohaya yola düşüb.

Mübadilə zamanı ABŞ-da azadlığa buraxılan beş iranlı məhbusdan ikisi Mehrdad Moeen Ansari və Reza Sarhangpur Qətərin paytaxtı Dohaya gediblər.

Həmin şəxslərlə yanaşı, ABŞ-da həbsdə olan daha üç iranlı məhbus da azadlığa buraxılıb.


SON XƏBƏRLƏR

20 Iyul 2024