Ukraynanın Çerniqov vilayətinə raket hücumu olub.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 140 nəfər yaralanıb.
Qeyd olunub ki, Rusiya məhz Ukraynalı dron istehsalçılarının tədbirinin keçirildiyi dram teatrının binasını hədəf seçib.
Avqustun 19-21-də şəhərdə matəm elan edilib.
















