• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Macarıstan Aİ-nin Ukraynaya yardımına əngəl olur

DÜNYA

21 Iyul 2023 | 10:08 | Müəllif: Qalib İbrahimoğlu

Macarıstan Aİ-nin Ukraynaya yardımına əngəl olur

Macarıstan Avropa İttifaqının Ukrayna Silahlı Qüvvələrini təchiz etmək üçün 20 milyard avroluq uzunmüddətli fondun yaradılmasına mane olmaq niyyətindədir.

Bakıvaxtı.az “Politico”ya istinadla xəbər verir ki, bu barədə Brüsseldə Macarıstanın xarici işlər naziri Peter Sijarto deyib.

Aİ xarici işlər nazirlərinin işçi görüşünün gündəliyinə ilk dəfə daxil edilən plana əsasən, Ukrayna növbəti 4 il ərzində hər il ən azı 5 milyard avro alacaq. Söhbət Ukrayna üçün silahların alınması və təhvil verilməsi və Ukrayna silahlı qüvvələrinin təlimi xərclərinin ödənilməsindən gedir.

Lakin cümə axşamı Aİ nazirlərinin görüşü zamanı Szijyarto bildirib ki, Ukrayna Macarıstanın OTP bankını “müharibə sponsorları” siyahısından çıxarana qədər Macarıstan belə bir fondun yaradılmasına etiraz edəcək.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026