• Bakı 16° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Evdən 6 min manata yaxın qızıl-zinət əşyaları oğurlandı

CƏMİYYƏT

01 Iyun 2023 | 10:56

Evdən 6 min manata yaxın qızıl-zinət əşyaları oğurlandı

Bakıda evdən 5500 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Camal Nurəliyev və Taleh Zairov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


SON XƏBƏRLƏR

23 Aprel 2024