• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Faciəvi şəkildə ölən musiqiçinin FOTOSU

HADİSƏ

15 Aprel 2024 | 16:38

Faciəvi şəkildə ölən musiqiçinin FOTOSU

Aprelin 12-də Salyanda gənc musiqiçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az publika.az-a istinadən bildirir ki, Salyan-Şirvan avtomobil yolunun rayonun Qarabağlı kəndindən keçən hissəsində minik avtomobili həmin kəndin sakini olan 1993-cü il təvəllüdlü Qurbanov Cavad Mehdi oğlunu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılarkən yolda keçinib.

Yaxınlarının bildirdiyinə görə, C.Qurbanov yol kənarında dayanarkən həmin avtomobil onu vurub. Hazırda faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Qeyd edək ki, 31 yaşlı Cavad Salyanda fəaliyyət göstərən musiqi ansamblında nağaraçı kimi fəaliyyət göstərirmiş.

Onun fotosunu təqdim edirik.


SON XƏBƏRLƏR