• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Lənkəranda poçt şöbəsindən oğurluq edilib

HADİSƏ

15 May 2024 | 16:36

Lənkəranda poçt şöbəsindən oğurluq edilib

Lənkəran şəhərində oğurluq hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az-ın Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran şəhərindəki poçt şöbəsində baş verib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə gecə saatlarında naməlum şəxsin şüşəni qıraraq pəncərədən içəri daxil olması və üç ədəd bağlamanı oğurlaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq edən şəxsin kimliyi müəyyən edilib. Oğurluğun yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədildiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

26 Iyul 2024