“Hələ o üzr istənməyib. Məhkəməni mən udmuşam”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli “Maqazin plus” verilişinə açıqlamasında deyib.
O, məhkəmədə qalib gəldiyi Fatimə Fətəliyevanın ondan hələ də üzr istəmədiyini bildirib: “Mən dua edirəm ki, Fatimə bir az gec üzr istəsin. Ona Azərbaycan qanunlarını bənd-bənd tanış etmək istəyirəm”.
Nazilə Fatimə ilə barışmaq barədə düşünmədiyini də deyib. O, qarşı tərəfin səhvlərindən cana doyduğunu vurğulayıb: “Sizə kim dedi ki, mən barışmaq istəyirəm? Mən niyə barışım? Birdir, ikidir? Üçdür?.. Daha bura dirəndim də. Adam nə qədər zərbə yeyər? Hər dəfə dalaşır, ağzına gələni deyir”.
Ziyafət Əlisoy
















