Müğənni Elnar Xəlilov maraqlı açıqlaması ilə gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, verilişlərin birində qonaq olan sənətçi qarşılaşdığı gülməli hadisədən danışıb.
O, mahnılardan birinin 30 gündən çox trenddə qaldığını, həmin mahnıda isə cümlələrdən birində “laleli” sözündən istifadə olunmasının yanlış anlaşılmaya səbəb olduğunu bildirib: “Həmin mahnım 30 günə yaxın trenddə qaldı. Bir gün gördüm ki, səhifələr Balaəlinin şəkli ilə həmin mahnını paylaşıblar. Elə bildim ki, Balaəli ölüb. Sən demə insanlar mahnıda olan “laleli, baleli” sözlərini qarışıq salırlarmış”.
Ziyafət Əlisoy















