• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şəbnəm-İlahə QALMAQALI BÖYÜDÜ: “Məni tanımırsan?”

MƏDƏNİYYƏT

18 Yanvar 2024 | 15:01

Şəbnəm-İlahə QALMAQALI BÖYÜDÜ: “Məni tanımırsan?”

“Zaman var idi ki, İlahə ilə “salam-sağ olumuz” var idi. Ona hörmətim də var idi. Amma var idi... İlahə söylədi ki, məni də, şəxsiyyətimi də tanımır. Burada isə səhv danışdın. Sən məni niyə tanımırsan ki?”

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu həmkarı İlahə İbadova haqqında danışarkən deyib.

Şəbnəm İlahəni onun barəsində verdiyi açıqlamaya görə qınayıb: “Mənim sözüm İlahəyədir. Onun hansısa sözü xətrimə dəymişdi və münasibətimiz kəsilmişdi. Amma bizim elə də güclü münasibətimiz olmayıb. Amma deyə bilərdi ki, Şəbnəmi kütlə sevir və onun öz kütləsi var. Deyir ki, mən onun mahnılarını eşitməmişəm. Necə, yəni eşitməmisən? Bəlkə də, avtomobilindəki diskdə mənim oxuduğum mahnılar var. Əgər dinləmirsinizsə, o zaman niyə verilişdə hind notlarında bir mahnı oxudunuz. Muğam ifaçısı idinizsə, bu cür mahnı yox, muğam oxuyardınız”.

Müğənni həmkarının rola girdiyini bildirib: “O, mənim haqqımda çox aqressiv danışdı. Deyir ki, sevmirəm də... Ondansa deyin ki, Allah hamının ruzisini versin. Sevmə, kim deyir ki, sev... Ən azından tanışlığımız və ünsiyyətimiz olub. Bunları efirdə demək lazımdır. Real olun! Bir-birimizi tədbirlərdə də görmüşük, toyda da olmuşuq. Mehribanlığımız da olub...”

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026