• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Başı olmayan jurnalist başlıq qoyur - Aktyor qəzəbləndi

MƏDƏNİYYƏT

16 Fevral 2024 | 13:22

Başı olmayan jurnalist başlıq qoyur - Aktyor qəzəbləndi

“Başı olmayan jurnalist başlıq qoyur”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aktyor Nofəl Şahlaroğlu “Bax da” layihəsində deyib.

Aktyor bu dəfə bəzi jurnalistləri tənqid edib:

"Əməkdar artislərdən birindən müsahibə alıblar. Belə bir cümlə işlədib: “Sənət elə vəziyyətdədir ki, adam az qala dilənçilik etsin”. Başlığa baxın: “Əməkdar artist dilənir”.

Sənsən dilənçi, o deyil. Belə adamlara ancaq “zurnalist” demək olar. “Jurnalist” adı onlara yaraşmır.

Siz nəyə xidmət edirsiniz? Hansı jurnalistikadan danışırsınız? Sizin jurnalist etikasından xəbəriniz yoxdur. Mətbuat Şurasının qayda-qanunları bir dəfə açıb oxumusunuz? Ümumiyyətlə, belə qaydaların olduğundan xəbəriniz var?!

Aktyor reytinq üçün məlumatları təhrif edən jurnalistlərə qəzəblənib:

“Sən reytinq xətrinə müsahibə aldığın adamın adi bir cümləsini niyə qabardırsan? Üstəlik təhrif edirsən. Vallah, bu iş deyil. Özünüzə iş tap. Bu peşənin tarixi qədimdir. Siz Azərbaycan KİV-ni qorumursuz, ona xidmət etmirsiz. Siz başqa işlə məşğulsunuz”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR