"Mən istəyərəm ki, ölkəmizdə fəhlə də savadlı olsun".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Həmin Zaur" verilişində deyib.
Sənətçi muzdlu çalışan və ali təhsili olmayan insanlarla bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib:
"Fəhlələr haqqında nə deyə bilərəm ki? Fəhlə mənim başımın tacıdır. Mən özüm də fəhləyəm də. Guya, mən nazirəm? Biz hamımız fəhləyik də. Hamımız xalqımıza xidmət edirik".
Əməkdar artist Zamiq Hüseynovun yaşlı sənətçilər haqqında səsləndirdiyi fikirlərə isə əsəbi şəkildə cavab verib:
"Biri oradan deyir ki, "müğənnilər 70 yaşına çatıblar". Aə, qaqaş, traktor kimi səsin xır xır xırıldayır. Sənin 45 yaşın var, oxuya bilmirsən. Mən nə edim sənə?"
Qeyd edək ki, Zamiq Hüseynov bir neçə həftə öncə yaşlı sənətçilərin toylara, məclislərə getməsini qınayaraq, onların yaşlarının ötdüyünü, səhnəni gənclərə verməli olduqlarını bildirib.
Ziyafət Əlisoy
















