• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

“Muğamı bilmirsənsə, sənət sahibi deyilsən”

MƏDƏNİYYƏT-ŞOU

15 Aprel 2024 | 15:23

“Muğamı bilmirsənsə, sənət sahibi deyilsən”

“Öyrənmək insanın özünə qalır, özü üçün lazımdır”.

Bakıvaxtı.az bu sözləri Əməkdar artist Elnarə Abdullayeva deyib.

Sənətçi həmkarlarının aşıq musiqisi və muğamı bilməli olduqlarını vurğulayıb:

“Sən əgər danışmaq istəyirsənsə, özünə aid olan, təmsil etdiyin sənəti bilməlisən. Əgər Azərbaycan musiqisində çalışırsansa, bu sənəti təmsil edirsənsə, aşıq musiqisi və muğamı bilməlisən. Aşıq musiqisi və muğamı bilməyəcəksənsə, sən heç bir sənətin sahibi deyilsən. Kim olursan ol. Hansı janrda oxuyursan oxu, fərqi yoxdur. Muğamı, aşıq musiqisini bilməlisən. Sən azərbaycanlısan, sən özünü İngilis kimi göstərə bilməzsən. Sən heç elə də gözəl görünmürsən. Sən sabah İngiltərədə heç kimə lazım deyilsən. Sən bizi aldada bilərsən. Sən gedib Amerikada caz, pop ifaçılarının qarşısında heç nə edə bilməyəcəksən”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR