“Həmin Zaur” verilişinin növbəti buraxılışında maraqlı anlar yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, proqramın aparıcısı Zaur Kamal və müğənni Nihat Məlik arasındakı dialoq izləyicilərin gülüşünə səbəb olub.
Belə ki, Zaur Nihatla aralarındakı zarafatdan söz salıb:
“Sən çox qırmızı adamsan. Bir dəfə bunlara getmişəm, qapını açan kimi deyir ki, “Zaur, sən mənim atamla yaşıdsan”. Elə demə də, gözə-nəzərə gələrəm. İçəridə nələr var, nələr. Ürək xəstəliyi… Nə bilim nə… Belə durmağımıza baxmayın. O qədər dərdimiz var ki…”
Qeyd edək ki, Zaur Kamal 19 dekabr 1974-cı ildə dünyaya gəlib.
Ziyafət Əlisoy
















