• Bakı 29° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.8181

    RUB - 0.0191

Çinarə övladının ölümündən YAZDI

MƏDƏNİYYƏT-ŞOU

13 Iyun 2024 | 12:10

Çinarə övladının ölümündən YAZDI

Övladını itirən aparıcı Çinarə Əliyeva sosial media hesabında paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, o, olanlardan sonra depressiyaya düşdüyünü bildirib.

Çinarə paylaşımında bu sözləri yazıb:

“Bu postum izləyicilərim üçündür. Artıq hadisədən xəbəriniz var. Çox çətin anlar yaşayıram. Bilirəm, bu da keçəcək. 28-ci həftədən biz bu xəbəri bilirdik. Amma “şansımız var” deyirdik. Artıq görünəndə gec idi. Mən də dedim ki, uşaq qalsın. Əməliyyat edək, bəlkə, 5 faiz yaşamağa şansı olar. Yenə də hər şey Allahın əlindədir. Demək belə olmalı imiş”.

“Azərbaycanın ən savadlı həkimlərini gəzmişik. Hamı eyni şeyi deyirdi. Bir onu deyim ki, mən indi əziyyət çəkirəm. İnşallah ki, Allahım mənə bir daha ana olmağı nəsib edər. Buna çox inanıram. Allah heç bir zaman məni darda qoymayıb. Heç kimi qınamayaq. Hər dəqiqə yanımda olan həyat yoldaşım və anama təşəkkür edirəm. Biz çox böyük sınaqdan keçdik”, - deyə o əlavə edib.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

24 Iyun 2024