• Bakı 29° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.8181

    RUB - 0.0191

Rəqsanə gənc ifaçını MƏHKƏMƏYƏ VERDİ - VİDEO 

MƏDƏNİYYƏT-ŞOU

13 Iyun 2024 | 12:49

Rəqsanə gənc ifaçını MƏHKƏMƏYƏ VERDİ - VİDEO 

Müğənni Rəqsanə İsmayılova gənc ifaçı Fatimə Şirəliyevanı məhkəməyə verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Həmin Zaur” verilişində danışılıb.

Belə ki, ifaçı Fatimə Şirəliyevanın Rəqsanə İsmayılovanın mahnısını icazəsiz oxuması ikincini cin atına mindirib. Rəqsanə xanım həmkarının ona qarşı hörmətsizlik etdiyini iddia edərək Fatiməni məhkəməyə verdiyini deyib:

“Qız mənim mahnımı oxuyub, amma məndən icazə almayıb. Bu gün çıxan cavanlar istədiklərini edirlər. Elə deyil. Böyünü saymaq lazımdır. Mahnını yaşadır, Allah canını sağ eləsin. Amma saymazlıq etmək lazım deyil. Nömrəm də var, onu başa salıblar. O da deyib ki, mahnının bəstəkarından icazə almışam. Mən o mahnını “YouTube”də bağlatdıracam. Çünki məni saymayıblar. Heç olmasa “Instagram”da paylaşanda məni təq edərdilər, onu da etməyiblər. Bu gün hamısı hoppanıb çıxıblar. Kim icazə verib axı sənə?”

Fatimə isə İsmayılovaya etdiyi zənglərin cavabsız qaldığını qeyd edib:

“Rəqsanə xanımın nömrəsini mənə verdilər, mən də əlaqə saxlamağ çalışdım. Amma o nömrəyə cavab vermir. Mənə dedilər ki, Rəqsanə xanım heç Bakıda olmur”.

Daha ətraflı videoda:

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

24 Iyun 2024