• Bakı 29° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.8181

    RUB - 0.0191

Qalmaqal böyüyür: “Balaəli Şəbnəmdən əvvəl...”

MƏDƏNİYYƏT-ŞOU

13 Iyun 2024 | 10:49

Qalmaqal böyüyür: “Balaəli Şəbnəmdən əvvəl...”

“Balaəli ilk dəfə o mahnını mənə təklif edib”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nəfəs (Günel Məmmədli) həmkarı Şəbnəm Qəhrəmanovanın meyxanaçı Balaəli Maştağalı ilə oxuduğu duetdən danışarkən deyib.

O, Balaəlinin bu addımından sonra özünə qadağa qoyduğunu bildirib:

“Balaəli ilə bizim “Gizli eşq” mahnımız çox yaxşı baxış topladı deyə onunla ikinci mahnını oxumağımı istədi. Elə oldu ki, bizdə alınmadı. Mənimlə eyni zamanda da digər müğənnilərə mahnı göndəribmiş. Balaəlinin haqqına girə bilmərəm, mən o mahnını görməmişəm. Bilmirəm, bəlkə də Şəbnəm Tovuzluya da o mahnını göndərib, Şəbnəm Qəhrəmanovaya da... Bu gündən sonra onunla duet oxumaram”.

Qeyd edək ki, Nəfəs və Şəbnəm Qəhrəmanova uzun müddətdir ki, küsülüdürlər. Bir neçə ay öncə onalrın arasındakı qalmaqal daha da alovlanıb. Belə ki, Nəfəsin “bütün müğənnilər çayxanada oxuyublar” deməsi Şəbnəmin etirazına səbəb olub və ifaçı həmkarının ünvanına xoşagəlməz sözlər işlədib.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

24 Iyun 2024