• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”

MƏDƏNİYYƏT

15 May 2024 | 00:06 | Müəllif: Subhan Mahmudov

Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”

Türkiyəli müğənni Mahsun Kırmızıgül Azərbaycana gəlib.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi hava limanında junralistlərin "Bakıdan ev almaq fikriniz varmı?" sualına belə cavab verib:

"Bakıdakı bütün evlər mənimdir. Anamın doğulduğu bölgədə hələ də otel yoxdur. İnsanlar kimdən otel soruşsa, onu evlərinə aparıb qonaq edərlər. Mən də Bakıda özümü belə hiss edirəm. Ona görə də, mənim Azərbaycanda gedəcək qapım çoxdur. Kimə desəm ki, məni evinə apar, bilərəm ki, qonaq edər. Ona görə də, sizin hamınızı çox sevirəm".
Qeyd edək ki, sənətçi 17 və 18 mayda Bakı Konqres Mərkəzində konsert verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026