Müğənni Türkan Vəlizadə sosial media hesabında növbəti paylaşımını edib.
Bakıvaxtı.az xəbər verir ki, yenicə estetik əməliyyat etdirən ifaçı əməliyyatı ilə bağlı bəzi nüanslara toxunub.
Vəlizadə onu tənqid edənlərə atmacası ilə cavab verib:
"Allah hər kəsin ruzisini bol eləsin. Hər birinizi öpüb, bağrıma basıram. Fikirləşirəm ki, ürəyimizi təmiz saxlayaq, həyatımız gözəl olsun".
Qeyd edək ki, Türkan Vəlizadə bir neçə gün öncə estetik əməliyyat etdirib.
Ziyafət Əlisoy
















