“Toylarımıza adam çox dəvət edirlər. Çox yemək verirlər, bu da israfçılığa gedir"”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Alim Qasımov “Maqazin plus” verilişində deyib.
Sənətçi toy adətlərimizin dəyişildiyini və heç də yaxşı olmadığını bildirib:
“Yeməyi doldururlar ora. Sonra da Allaha da pis getməsin, xəstələnirik. Mənə elə gəlir ki, toyları həm səmimi olduğumuz adamlarla etməliyik, həm də stolların üzərini o qədər doldurmaq olmaz. Bu insanları xəstələndirir. Toylardan sonra bizim xəstəxanalarımız, apteklərimiz, dərmanalrımız artdı. Mən hərdən müalicəyə gedirəm, baxıram ki, hər yer doludur. Əvvəl belə şeylər yox idi. İndi saat 12-yə qədər yeyəcəyik. Ona görə də xəstələnirik”.
Keçmiş toylardan danışan Xalq artisti köks ötürüb:
“Əvvəllər “bartovoy” maşına minib, gedirdik uzaq kəndə ki, orada aşıq Şakir oxuyacaq. O toya qulaq asmaq üçün gedirdik. Orada nə yemək var idi ki? Bir tikə yeyib, musiqiyə qulaq asırdıq. Mənəviyyət! İndi mənəviyyat yoxdur. Yemək hamısını üstələyib. Hamı da xəstələnib. İnşallah gələcəyimiz yaxşı olar. Yenidən o mənəviyyat qayıtmalıdır”.
Ziyafət Əlisoy








jpg-1718103784.webp)






