• Bakı 30° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Şəbnəm ərindən danışdı: “Onun həyatında olan insan...”

MƏDƏNİYYƏT-ŞOU

11 Iyun 2024 | 12:33

Şəbnəm ərindən danışdı: “Onun həyatında olan insan...”

“Onun həyatında olan insan sənətçidir. Biz çox şeylərimizi məsləhətlə edirik”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “Maqazin plus” verilişinə müsahibəsində deyib.

İfaçı yoldaşının ona qoyduğu qadağalardan da söz salıb:

“Həyat yoldaşım fikirlərimə hörmətlə yanaşır. Geyimlərimə qarışır, amma fikirlərimə də hörmət edir. Geyim sənətçi üçün, əsasən də xanım sənətçi üçün çox önəmlidir. Mən o qədər də açıq-saçıq geyimlərə üstünlük vermirəm. Elə geyimlər üçün ürəyim getmir. Mənə yaraşan geyimlər geyinərəm”.

“Elə şeylər var ki, xoşuna gəlmirsə, bildirir. Danışıb, anlaşırıq. Bəzi zamanlarda xırda şeylərə göz yummaq lazımdır”, - deyə ifaçı əlavə edib.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

16 Iyun 2024