Azərbaycanda istehsal olunan “Secret Enemy” qısametrajlı bədii filmi artıq öz bəhrəsini verməyə başlayıb.
Bu barədə Bakıvaxtı.az-a filmin ssenari müəllifi və prodüseri Fərid Məcid bildirib.
Onun sözlərinə görə, belə ki, sözügedən layihə Böyük Britaniya və Niderlandda keçirilən film festivallarında final mərhələsinə yüksəlib.
F.Məcid haqqında söhbət açılan filmin çəkilişlərinə ötən ilin son aylarında başlanıldığını, bir müddət əvvəl ərsəyə gətirildiyini deyib.
Nərgiz Məmmədli