• Bakı 25° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Akif İslamzadənin doğum günüdür

MƏDƏNİYYƏT

08 Avqust 2024 | 12:55

Akif İslamzadənin doğum günüdür

Bu gün tanınmış müğənni, "Şöhrət" ordenli Akif İslamzadənin doğum günüdür.

Bakıvaxtı.az xatırladır ki, Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Tele-Radio Verilişləri Komitəsində Tofiq Əhmədovun rəhbərliyi ilə estrada-simfonik orkestrində işə başlayıb.

Hərbi xidmətdən sonra “Azərbaycan Dövlət Konsert” İstehsalat Birliyinin vokalisti olub. 

Əsrarəngiz səsə malik Akif İslamzadənin yaradıcılığı xalq və bəstəkar mahnıları ilə zəngindir. İfa etdiyi hər musiqi əsəri dinləyicini qeyri-adi aləmə apararaq, sözlə musiqinin ahəngindən yaranan səhnənin iştirakçısına çevirir. Səsdə olan sevinc və kədər, nostalji və romantic hisslər, inam və ümid insane xoş duyğular və yeni ruh gətirir.

Akif İslamzadənin ifasında səslənən “Sarı Gəlin”, “Bu gecə”, “Bura Vətəndir”, “Alagözlüm”, “Ötən günlərimi qaytaraydılar” və yüzlərlə mahnı illər, nəsillər, zövqlər dəyişdikcə, yenə də sevilir və bu məhəbbət daim yaşayacaq.

Akif İslamzadə bir çox bəstəkarlarla işləyib, o eyni zamanda sənətdə ilk addımlarını atan gənc müğənnilərə də həmişə dayaq olub, onlarla bir səhnəni paylaşıb.

Musiqi mühitində böyüyüb, boya-başa çatan Akif İslamzadə Xalq artisti, gözəl xanım və mügənni Sara Qədimovanın övladıdır və ilk sənət dərslərini, səhnə mədəniyyətini də Sara xanımdan, qohumu, ustad xanəndəmiz Hacıbaba Hüseynovdan öyrəndiyindən onun adı çəkiləndə məhz sanballı, səsini düzgün idarə edən, hərəkəti ilə davranışı ahəng təşkil edən peşəkar müğənni və ideallarına sadiq bir şəxsiyyət obrazı göz önündə canlanır.

Akif İslamzadə 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülüb.

 


SON XƏBƏRLƏR

09 Sentyabr 2024