• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Səidə ÖZÜNDƏN ÇIXDI: “Mən bayağı oxuya bilmərəm?”  

MƏDƏNİYYƏT-ŞOU

11 Iyun 2024 | 11:32

Səidə ÖZÜNDƏN ÇIXDI: “Mən bayağı oxuya bilmərəm?”  

“Mən heç vaxt işimdə maliyyə tərəfini düşünən adam olmamışam. Mən istəyirəm ki, tamaşaçılar mənim arxamca gəlsin, mən tamaşaçının arxasıyca gedə bilmərəm”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “Qonaqcanlı” verilişində deyib.

İfaçı son zamanlar “dəbə” çevrilən bayağı musiqilərdən də söz salıb:

“Mən bayağı oxuya bilmərəm? Oxuyaram. O mahnılarla istədiyim şeyləri də edərəm. Amma mən istəyirəm ki, mənim yaradıcılığımda yaxşı musiqilər olsun. Gələcəkdə də qulaq asanda desinlər ki, “necə zövqlü insan olub, necə yaxşı musiqilər qoyub, gedib”.

“İstəyirəm ki, mən dünyamı da dəyişəndə mənim mahnılarım oxunsun, yaşadılsın... Pulu fikirləşsəydim, bəlkə də indi hər şeyim var idi. Sənət elədir ki, gərək qazandığın pulu xərcləməyi də bacarasan. Mən qazandığım pulu bölə bilirəm”, - deyə o əlavə edib.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Iyul 2024