“Rəngarəng səhər” verilişinin növbəti buraxılışında qalmaqal yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, proqramın aparıcısı Zaur Nəbioğlu və Nəfəs (Günel Məmmədli – red.) üz-üzə gəliblər.
Belə ki, Nəfəsin efirə gecikməsi Zauru özündən çıxarıb:
“Efirə gecikəndə “ulduz” olursan? İndi sən “ulduz”san? Deyəsən, sən “ulduz”lar gecikirlər” cümləsini eşitmisən”.
Zaurun bu sözlərinə Nəfəsin cavabı isə belə olub:
“Mən özümü “ulduz” adlandırmaq istəmirəm. Onsuz da bizim “ulduz”larımız var”.
Xatırladaq ki, bu Nəfəsin ilk dəfə efirə gecikmə halı deyil. O, “Rəngarəng səhər” verilişinin ötən buraxılışlarından birinə də gecikib. O, qəzaya düşdüyünü deyərək özünü sığortalamağa da çalışıb. Sonradan onun yalan danışdığı üzə çıxıb.
Nəfəs eyni ilə bir neçə həftə öncə “Həmin Zaur” proqramına da gecikib. İfaçı buna görə teleaparıcı Zaur Kamalla qalmaqal da yaşayıb.
Ziyafət Əlisoy










jpg-1720522318.webp)


jpg-1720505271.webp)


