"1988-ci ildən 2020-ci ilə qədər çox qəşəng pul qazanmışam".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Həmin Zaur" verilişində deyib.
Sənətçi ilginc açıqlaması ilə hər kəsi təəccübləndirməyi bacarıb:
"Qazandığım pulları heç kimə yedizdirməmişəm. Uşaqlarıma təhsil vermişəm, ev almışam. "Torqovoya"nın mərkəzində iki dənə ev almışam, hərəsini bir uşağıma vermişəm. Maşın həvaskarıyam, bilirsiniz, maşınlar almışam. Mən arvadımdan başqa hər şeyi dəyişmişəm. Bircə arvadı dəyişmədim".
Ziyafət Əlisoy
















