• Bakı 21° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8442

    RUB - 0.019

Kianu Rivz çəkiliş zamanı dizini sındırıb

MƏDƏNİYYƏT-ŞOU

13 Aprel 2024 | 00:51

Kianu Rivz çəkiliş zamanı dizini sındırıb

Aktyor Kianu Rivz "Uğur" filminin çəkilişləri zamanı xalçada büdrəyib və dizini sındırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə layihənin direktoru Əziz Ənsari məlumat verib.

"Çəkilişlərin təxminən 15-ci günü ona dedim ki, get qrim otağında 15 dəqiqə dincəl. O, gedərkən yolda xalçanın üstündə büdrədi və "dizim!", - deyə qışqırdı", - Ənsari bildirib.

İş zədəsinə baxmayaraq, Rivz çəkiliş meydançasında qalıb və film üzərində işləməyə davam edib. O, bir neçə səhnədə rol alıb və hətta latın rəqsi oynamağa hazırlaşıb, lakin rejissor sənətçini fikrindən daşındıra bilib.
Rejissorun sözlərinə görə, Kianunun bu cür fədakarlığı onu təəccübləndirməyib, çünki aktyor filmlərində çox vaxt çətin səhnələri özü ifa edib. Məsələn, "Matris" və "Sürət" filmlərində aktyor kaskadyorlar olmadan işləyib.


SON XƏBƏRLƏR

27 May 2024