• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Ələkbər ancaq Namiqin sözü ilə efirə gəlir"

MƏDƏNİYYƏT

11 May 2024 | 12:19

"Ələkbər ancaq Namiqin sözü ilə efirə gəlir"

Aktyor Nicat Rəhimov meyxanaçılar Ələkbər Yasamallı və Namiq Qaraçuxurlu ilə bağlı maraqlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, "Söhbət var" verilişində qonaq olan aktyor meyxanaçıların sirrlərinin üstünü açıb.

O, Ələkbər Yasamallının Namiq Qaraçuxurludan başqa heç kimin sözünü dinləmədiyini bildirib:

"Bir dəfə studiyada hər şeyi hazırladıq, qonağımız Ələkbər Yasamallı idi. Sonda gəlmədi. Bu da çox pis təsir edir. Bizə dedilər ki, Ələkbər ancaq Namiqin sözünə qulaq asır. Mən də zəng edib Namiqə dedim, o da Ələkbəri gətizdirdi".

Onun bu sözlərini meyxanaçı Namiq Qaraçuxurlu da təsdiqləyib:

"Hə, Ələkbər elədir. Düzdür, mən söhbətlərə getmirəm, amma belə məsələlər olanda zənglə həll edirəm (gülür)".

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026