• Bakı 7° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İsveçrə Avroviziya-2024-ün qalibi oldu - YENİLƏNİB 

MƏDƏNİYYƏT

12 May 2024 | 08:02 | Müəllif: Subhan Mahmudov

İsveçrə Avroviziya-2024-ün qalibi oldu - YENİLƏNİB

İsveçrə “Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi olub.

Bakıvaxtı az xəbər verir ki, İsveçdəki Malmö Arenada keçirilən yarışda ölkə təmsilçisi Nemo "The code" mahnısını səsləndirib.

İsveçrə təmsilçisi 591 xal toplayıb.

Yarışmada Xorvatiya 547 xalla ikinci, Ukrayna isə 453 xalla üçüncü yerdə qərarlaşıb.

Xatırladaq ki, mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 7-də, ikinci yarımfinalı isə 11-də keçirilib.

Birinci yarımfinalda mübarizəni dayandıran Azərbaycan təmsilçilər Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə çıxış ediblər.

***

11 may, saat 23:37

İsveçdə 68-ci Avroviziya-2024 mahnı müsabiqəsinin finalı başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Malmö Arenada keçirilən müsabiqədə 26 ölkə yarışır.

Birincilik uğrunda bu ölkələr mübarizə aparır: Kipr, Litva, İrlandiya, Serbiya, Ukrayna, Xorvatiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Sloveniya, Yunanıstan, İsveçrə, Avstriya, Latviya, Gürcüstan, Estoniya, İsrail, Norveç, Niderland, Ermənistan, Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və İsveç.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026