• Bakı 24° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Niderland təmsilçisi "Avroviziya"dan uzaqlaşdırıldı

MƏDƏNİYYƏT

11 May 2024 | 17:55 | Müəllif: Gülşən Şərif

Niderland təmsilçisi "Avroviziya"dan uzaqlaşdırıldı

Niderlandı təmsil edən müğənni Joost Klein "Avroviziya" Mahnı Müsabiqəsindən uzaqlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hollandiya Yayım Korporasiyası (NOS) məlumat yayıb.

Kleinin yarışmadan çıxarılmasına səbəb olan dəqiq hadisə hələ ictimaiyyətə açıqlanmayıb. Avropa Yayım Birliyi (EBU) sənətçi ilə bağlı araşdırmalara başlayıb.

Versiyalardan biri iddia edir ki, Klein fotoqraflardan biri ilə qarşıdurmaya düşüb. Digər qeyri-rəsmi məlumata görə, hollandiyalı iştirakçı "Avroviziya" təşkilatçısı olan Avropa Yayım Birliyinin nümayəndəsi ilə dalaşıb.

Qeyd edək ki, Klein ölkəsini yarışmada "Europapa" mahnısı ilə təmsil edirdi. O, finala vəsiqə qazananlar arasında yer alırdı. (axsam.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026