"Əgər kiminsə mənə qarşı olan münasibətindən xoşum gəlmirsə, mən yalandan yaltaqlıq edib, o adamın üzünə gülə bilmərəm".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri "Maqazin plus" verilişinə açıqlamasında deyib.
İfaçı heç kimin işləri ilə maraqlanmadığını bildirib:
"Özü-özündə kim nə etdi, kiminlə yatdı, kiminlə durdu, nə geyindi və s. məni niyə ilgiləndirməlidir? Bu onun şəxsi həyatıdır. Kimə nə? Kim necə istəyirsə, elə də edir. Əlbəttə ki, bunun mənə aidiyyatı yoxdursa. Əgər bunun mənə aidiyyatı varsa, mən o mövzuda danışacam".
Ziyafət Əlisoy