Müğənni Şöhrət Məmmədov açıqlaması ilə gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, "Xəbər ətər" verilişində qonaq olan ifaçı həmkarlarından gileylənib.
O, bəzi musiqiçilərin verilişlərdə rola girdiklərini bildirib:
"Efirdən öncə aparıcıya mənimlə efirə gəlmək istədiyini deyir. Veriliş başlamazdan öncə çəkiliş meydançasında olanda görürəm ki, telefonunda mənim mahnılarım var, kliplərim var. Hətta şəkillərim də var... Bu o deməkdir ki, qarşı tərəf səni fantastik dərəcədə sevir. Efir başlayanda isə məsələ dəyişir. Aparıcıdan soruşur ki, "o oğlan kimdir?" Mən bunlara öyrəşmişəm. Düzdür, qanacağım, qabiliyyətim ona imkan vermir ki, orada ona tərbiyəsizlik edim, amma nə edək, bunlar da belədilər".
Ziyafət Əlisoy
















