• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Ermənilərin oğurladıqları mahnılarımız - SİYAHI

MƏDƏNİYYƏT

18 Mart 2024 | 09:58

Ermənilərin oğurladıqları mahnılarımız - SİYAHI

Xəbər verdiyimiz kimi, erməni müğənni Armen Aloyan Azərvaycanın Xalq artisti Ağadadaş Ağayevin “Dodağına gülüş qonub” mahnısını oğurlayıb.

Qeyd edək ki, bu, ermənilərin ilk belə əməli deyil və sonuncu olmayacağına da kimsə təminat verə bilməz. Bu millətin nümayəndələri bundan öncə də dəfələrlə sənətçilərimiz tərəfindən ifa edilən mahnıları oğurlayıb, yeni aranjmanda təqdim ediblər.

Bakıvaxtı.az son illərdə ermənilər tərəfindən oğurlanan mahnılarımızın bəzilərinin siyahısını təqdim edir:

1. “Qal sənə qurban” – sözləri Mikayıl Müşfiqə, ifası isə Xalq artisti Zeynəb Xanlarovaya məxsus olan bu mahnı ötən ilin sonlarında erməni müğənni tərəfindən səsləndirilib və “Youtube” kanalına yerləşdirilib.

2. “Zərif gülüşüm” – sözləri İslam Səfərliyə, musiqisi isə Cahangir Cahangirova məxsus olan bu mahnımız da erməni musiqiçilər tərəfindən oğurlanan mahnılar siyahısındadır. Şövkət Ələkbərova, İslam Rzayev və bir çox sənətçilərimiz tərəfindən səsləndirilən “Zərif gülüşüm” mahnısını erməni müğənnilər Harout Pamboukjian və Seda duet şəklində ifa edərək klip çəkdiriblər.

3. “Nigaranam” – ilk dəfə 2005-ci ildə Xalq artistimiz Aygün Kazımova tərəfindən ifa edilən “Nigaranam” mahnısını ötən ilin İyulunda erməni müğənni Tiqran Asatryan “Andzrev” adı ilə səsləndirərək, “Youtube” kanalına yerləşdirib. Mahnının sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğluya məxsusdur.

4. “Ninnə yarım” – Kərkük türkmənlərinin xalq mahnısı olan “Ninnə yarım” mahnısı da ermənilər tərəfindən oğurlanan mahnılar siyahısındadır. Belə ki, bir neçə il öncə bu mahnını erməni müğənni Spitaklı Hayko  “Alla yar” adı ilə oxuyaraq müxtəlif sosial media hesablarında yayımlayıb. Bununla yanaşı o, şənliklərdə, tədbirlərdə, toylarda da “Ninnə yarım”ı  öz ifası kimi təqdim edib.  Qeyd edək ki, “Ninnə yarım” mahnısını Əməkdar artist Lalə Məmmədova və bir çox sənətçilərimiz ifa ediblər.

5.  “Şeirə, qəzələ” – Xalq artisti Əlibaba Məmmədovun “Şeirə, qəzələ” mahnısı da bu ilin əvvəllərində erməni musiqiçilər tərəfindən oğurlanan mahnılar siyahısına daxil olunub. Belə ki, erməni müğənnilər Hovannes Vardanyan və Arkadi Dumukyan bu ilin yanvarında mahnını erməni dilində səsləndirərək, öz adlarından təqdim ediblər.

6. “Ay canı yanmış” – müğənni Manaf Ağayev tərəfindən ifa edilən “Ay canı yanmış” mahnısı da erməni müğənnilərin “diqqətlərindən” kənarda qalmayıb. Belə ki, 2013-cü ildə erməni müğənni Vartan Tayvazyan bu mahnını “Havata” adı ilə ifa edərək, yayımlayıb. O, mahnının musiqisini saxlayaraq, sözlərini dəyişib.

Siyahını uzatmaq da olar, amma hələ ki, bunları qeyd etməklə kifayətlənirik.

Düzü, ermənilərin bundan sonra eyni tendensiyanı davam etdirməyəcəklərinə inanmırıq. Hər bir halda, kimin mahnısını ifa etməyin heç bir fərqi yoxdur, mahnını ifa etməzdən öncə, onun müəllifindən, müəlliflərindən icazə almaq lazımdır. Ümid edək ki, bu hal bundan sonra təkrarlanmaz.

Ziyafət Əlisoy

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026