• Bakı 21° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Türkiyəli fenomen azərbaycanlı reperi məhkəməyə verdi 

MƏDƏNİYYƏT-ŞOU

16 Aprel 2024 | 18:10

Türkiyəli fenomen azərbaycanlı reperi məhkəməyə verdi 

Son vaxtlar mahnıları ilə gündəmə gələn türkiyəli sosial media fenomeni Berkcan Güven Azərbaycan əsilli reper Əlizadəni məhkəməyə verib.

Bakıvaxtı.az bildirir ki, B. Güven bu barədə qatıldığı "Ebo Show" adlı proqramda açıqlama verib.

Belə ki, verilişin aparıcısı İbrahim Tilaver Berkcan Güvenə "Əlizadə sənə necə fırıldaq gəldi?" sualını verib. Gülməyə başlayan Güven birlikdə hazırladıqları mahnıların məhkəməlik olduğunu deyib və əlavə edib:

"Mahnılar hazırda məhkəmədədir, haqlarında xeyirlisi olsun, yolları açıq olsun".

Qeyd edək ki, Berkcan Güven və Əlizadənin "Kalbin bana kaldı" və "24/7" adlı iki mahnısı var.

Məşhur reper Əlizadə hazırda Almaniyada yaşayan tanınmış türkiyəli reper Ezhellə yaxınlığı ilə diqqət çəkir./baku.ws


SON XƏBƏRLƏR

29 Aprel 2024