• Bakı 13° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

“Parkda” verilən mesajlar

MƏDƏNİYYƏT

16 May 2024 | 12:34 | Müəllif: Qalib İbrahimoğlu

“Parkda” verilən mesajlar

... Hər şey parkda başladı, parkda da başa çatdı. Ər-arvad parkda dalaşdı, vəziyyət boşanma həddinə çatdı... və... elə parkda da barışdılar...

Söhbət Azərbaycan Dövlət Kukla Teatrında “Oyun” inkluziv teatrının premyerası olan “Parkda” tamaşasından gedir.

... Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova premyeraya dəvət edəndə düşünmədən “hə” dedim. Və yaxşı ki də demişəm. Dəvətə görə təşəkkürlər, Həmidə xanım...

Quruluşçu rejissor Saida Haqverdiyeva, quruluşçu rəssam İqbal Əliyevin ərsəyə gətirdiyi Türkay Cəfərlinin, Zümrüd Qasımovanın, Zülfiyyə Qurbanovanın, Ülviyyə Əliyevanın, Gülçöhrə Abdullayevanın, Səbinə Məmmədovanın, Babək İsmayılovun, Xaqani Əliyevin, Aylin Nəcəflinin, Selcan Xatunun, Hökümə Ağayevanın, İbrahim Laçının, İlkin Həsənlinin, Kamilə Xəlilovanın rol aldıqları birhissəli səhnə əsərində əsasən qadın problemi - ailədə şiddət, xəyanət, eləcə də erkən nikah, məişət zorakılığı, həmçinin sosial şəbəklərin insan münasibətlərinə mənfi təsiri kimi məqamlar qabardılır.  Tamaşada Azərbaycan ailə dəyərlərinin qorunmasının vacibliyi kimi məsələ real insan talelərinin səhnə inteqrasiyası ilə görünür.

... Muradın xəyanətlərinə göz yuman Aynur,  ərinin onun yanında başqa qadınlara baxmağını qəbul edə bilmir. Parkda mübahisə edən cütlük Aynurun “boşanacam” deyiərək, məsələyə nöqtə qoyacağını düşünməsiylə davam edir. İş o yerə çatır ki, həyat yoldaşının boşanmaq qərarıyla barışmayan Murad hətta ona əl qaldırmaqdan belə çəkinmir.

Tamaşada bundan sonra tragikomik səhnələr yer alır.

Azyaşlıykən atasının Rusiyada biznesi olan tanışına zorla ərə verilən, sonradan fahişəliyə məhkum Sərgülün (Selena) dərdini dinləyən Murad ona maddi yardım etmək istəyir, Amma Sərgül onun verdiyi pulu qəbul etmir.

Muradın bundan sonra Diana ilə tanışlığı başlayır. Psixoloq Diana da xəyanat yaşayıb. Vaxtilə kömək göstəırdiyi sevgilisi onu yaşlı qadına dəyişib. Bi isə onun taleyindəı silinməz izlər buraxır. Və beləliklə, Diana da kişilərə yalnız pul, mənfəət mənbəyi kimi baxır.

Tamaşanın qəhrəmanlarından biri də əlilliyi olan şəxsdir, hansı ki, o tanımadığı Murada kömək etməyə çalışır. Muradın dərdini dinləyən Naməlum ona gecələmək üçün evini təklid edir.

Muradın ailəsiylə barışmasında rolu olan isə Bibixanımdır. Parkın xadiməsi Bibixanım. Hər gün onlarla belə tale yaşayan insanlar görən Bibixanımın Muradın evinə, ailəsinin yanına qayıtmasında az rolu olmur...

Parkda başlayan ailə davası elə parkda da barışla başa çatır. Daha bir ailənin dağılmasının qarşısı alınır.

... Və pərdə enir...

Qalib İbrahimoğlu


“Parkda” verilən mesajlar“Parkda” verilən mesajlar“Parkda” verilən mesajlar“Parkda” verilən mesajlar“Parkda” verilən mesajlar“Parkda” verilən mesajlar“Parkda” verilən mesajlar“Parkda” verilən mesajlar“Parkda” verilən mesajlar“Parkda” verilən mesajlar“Parkda” verilən mesajlar“Parkda” verilən mesajlar“Parkda” verilən mesajlar
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR