• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Anar Vəziroğlu ÖZÜNDƏN ÇXIDI: “Səhnəyə lüt çıxırlar

MƏDƏNİYYƏT

16 Aprel 2024 | 12:39

Anar Vəziroğlu ÖZÜNDƏN ÇXIDI: “Səhnəyə lüt çıxırlar

“Tərbiyəni heç bir insan cəmiyyətdən almır, ailədən alır”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri yazıçı, jurnalist Anar Vəziroğlu “Qum saatı” verilişində deyib.

Ailə dəyərlərindən bəhs edən jurnalist valideynlərə səslənib:

“İndi maariflənməyin adı qalıb. Əgər övlad gedib 15-20 yaşında cinayət törədirsə, deməli ailədə tərbiyəsi olmayıb. O, valideynin günahıdır. Valideyn vaxtında tərbiyə verməyib. Mən başqasına nümunə deyiləmsə, necə kiməsə “özünüzü yaxşı aparın” deyə bilərəm? İndi ekspertlərə baxırsan ki, heç birinin ailəsi yoxdur. Dəhşət budur”.

O, müğənniləri də qınamaqdan çəkinməyib:

“Müğənnilər səhnəyə lüt çıxırlar. Sonra da deyirlər ki, məni qınamayın. Mən evdə tək deyiləm. Buna arvad da baxır, qız da baxır, nəvəm də baxır. Bunlara tərbiyəni kim versin”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026